Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 24-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 628,57 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 2,52 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Şəki, Balakən, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Tərtər, Ağdam və Göyçay rayonları öndədir. Bu günədək Zərdabda 65,32 ton, Ağcabədidə 54,45 ton, Zaqatalada 52,88 ton, Füzulidə 49,56 ton, Şəkidə 46,56 ton, Balakəndə 44,14 ton, Bərdədə 36,57 ton, Qaxda 27,09 ton, Kürdəmirdə 22,62 ton, Ağdaşda 17,61 ton, Tərtərdə 17,35 ton, Ağdamda 16,37 ton, Göyçayda 16,34 ton, Sabirabadda 14,2 ton, Ucarda 12,14 ton, Tovuzda 10,98 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə keçirilib
05 Noyabr 2026