Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Cari həftə ərzində “Aqrolizinq” ASC tərəfindən mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı 12 rayon üzrə 14 kənddə həyata keçiriləcək. Belə ki, 26-29 noyabr tarixində baş tutacaq səyyar satış Şəmkir, Ağstafa, Tovuz, Qazax, Samux, Saatlı, Füzuli, Neftçala, Salyan, Şabran, Quba və Qusar rayonlarında əhatə edəcək.

Səyyar satışlar noyabrın 26-da Şəmkirin Düyərli, Saatlının Varxankənd və Şabranın Sincanboyad kəndlərində, noyabrın 27-də Ağstafanın Aşağı Göyçəli, Füzulinin Qayıdış  və Şabranın Pirhəsən kəndlərində, noyabrın 28-də Tovuzun Əsirlik, Neftçalanın Xolqarabucaq və Qubanın Hacıhüseynli kəndlərində, noyabrın 29-da Qazaxın Daş Salahlı, Salyanın Noxudlu və Qubanın Birinci Nügədi kəndlərində, noyabrın 30-da isə Samuxun Lək və Qusarın Urva kəndlərində baş tutacaq.

Həmçinin, ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrələrinə müraciət etmək lazımdır.

Qeyd edək ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.