Avqustun 6-na olan məlumata görə, ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb. Ümumilikdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 ha) aparılıb.
Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə istehsal buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib.
Bu il ölkə üzrə 3017289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2031654 tonu buğda, 937090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226365 ton artıq buğda, 124570 ton arpa artıq yığılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026