"Aparılan maarifləndirmə işləri və məlumatlandırma sessiyaları çərçivəsində fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı və payızlıq əkinlərin bəyan prosesi uğurla davam edir. Bu günə qədər 415 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçərək, özünə şəxsi kabinet yaradıb. Payızlıq əkinləri bəyan edən fermerlərin sayı isə 225 min nəfərə çatıb. Biz qeydiyyat və bəyan prosesini qrafikə uyğun optimal müddətdə başa çatdırmağı planlaşdırırıq". Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qobustan və İsmayıllı rayonlarında EKTİS-in tətbiqi ilə bağlı fermerlərlə keçirdiyi görüşlərdə deyib.
Nazir müavini bildirib ki, payızlıq əkinlərin bəyan edilməsi aqrar subsidiyaların verilməsində əsas rolu oynayır: "Bu səbəbdən fermerlərimiz kənd təsərrüfatına dövlət dəstəyindən yararlanmaq üçün payızlıq əkinləri EKTİS-də bəyan etmə prosesində daha aktiv olmalıdır. Qeydiyyat və bəyan prosesində artım dinamikası göstərir ki, fermerlər öz üzərlərinə düşən məsuliyyəti yaxşı anlayır, aqrar islahatların əsas hədəf kütləsi kimi bu prosesdə iştirak edirlər".
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin EKTİS-in tətbiqinə məsul şəxslərindən ibarət nümayəndə heyəti Qəbələ və Oğuz rayonlarında da analoji görüşlər keçiriblər. Görüşlərdə fermerlərə EKTİS-in tətbiqinin üstünlükləri, yeni subsidiya mexanizminin xüsusiyyətləri, qeydiyyatdan keçmək və payızlıq əkinləri bəyan etmək proseduru barədə ətraflı məlumat verilir, onların sualları cavablandırılır.
Qeyd edək ki, bugünədək 40 rayonda EKTİS-in tətbiqi, yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı fermerlərlə görüşlər, məlumatlandırma sessiyaları keçirilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026