Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan 2018-ci ildə də dünya bazarında öz yerini qoruyub saxlaya bilib. Hazırda fındıq ixracına görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdəyik. Bu il məhsuldarlığın nisbətən az olmasına baxmayaraq, 8 ayın statistikası çox uğurludur. Belə ki, ötən ilin 8 ayında xaricə 40 milyon 500 min ABŞ dolları həcmində fındıq ixrac olunmuşdusa, cari ildə ixracımız artıq 76 milyon 900 min dollara çatıb. Yəni, fındıq ixracımız 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,9 faiz artıb. Düşünürəm ki, ilin sonunadək biz dünya ölkələrinə ötən ildəkindən iki dəfə çox fındıq ixrac edəcəyik.
Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov məlumat verib.
Bir həftə əvvəl Moskva şəhərində təşkil olunan “World Food Moscow 2019” beynəlxalq qida sərgisində iştirak etdiklərini diqqətə çatdıran Assosiasiya sədri bildirib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) maliyyə dəstəyi ilə oktyabrın 5-dən 9-dək Almaniyanın Köln şəhərində keçiriləcək “Anuqa-2019” sərgisində də məhsullarımızı nümayiş etdirəcəklər: “Ümumiyyətlə, bu sərgilərin hər birində Azərbaycanı 5-6 şirkət təmsil edir. Belə sərgilərdən sonra ixrac coğrafiyamızda da dəyişikliklər müşahidə olunur. Hazırda Azərbaycandan 25-dək ölkəyə fındıq ixrac edilir. Bu ölkələr arasında Rusiya xüsusilə seçilir. Ancaq Milad bayramı ərəfəsində Avropa ölkələrində də aktivlik gözlənilir. Almaniya və İtaliya şirkətləri Azərbaycan fındığına böyük maraq göstərirlər. Son illər bu siyahıya Çexiya və Polşa da əla olunub”.
Fındığın satış qiymətləri barədə məlumat verən İsmayıl Orucov deyib ki, avqust-sentyabr aylarında Azərbaycan fındığının qiyməti dünya bazarında ən yüksək həddə çatıb. “Fermerlərin yetişdirdiyi məhsulun keyfiyyəti, istehsalda tətbiq olunan yeni texnologiyalar, İSO və Avropa standartları artıq öz nəticəsini göstərib, töhfəsini verib. Son iki ayda Azərbaycan fındığının ixrac qiyməti hər kiloqram üçün 6 dollar 20 sent – 6 dollar 50 sent təşkil edib. Həmin dövrdə dünya bazarında Türkiyə fındığının satış qiyməti 5 dollar 90 sent – 6 dollar, Gürcüstan fındığının qiyməti isə 5 dollar 80 sent olub”, - deyə İ.Orucov qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edəcək
18 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edəcək
17 Aprel 2024
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2024
Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq
17 Aprel 2024
İlin ilk rübündə Aqrar Biznes Festivallarına 23 rayondan 3 minədək fermer qatılıb
16 Aprel 2024