Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində ümumilikdə 75979,0 ha sahədə müşahidələr aparılıb, 17257,0 ha sahədə sirayətlənmə aşkar edilib və 4867,5 ha sahədə Mərakeş çəyirtkəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Müşahidələr əsasən Ceyrançöl ərazisində (Ağstafa, Şəmkir, Samux rayonlarında) 38381,0 ha sahədə aparılıb, 11807,0 ha sahədə sirayətlənmə aşkar edilib, 3830,0 ha (2020-ci il ilə müqayisədə 1377,0 ha çox) sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Tərtər rayonu ərazisində 1568,0 ha sahədə müşahidələr aparılıb, 1006,0 ha sahədə sirayətlənmə aşkar edilib, 519,0 ha sahədə (2020-ci il ilə müqayisədə 439,0 ha çox) kimyəvi mübarizə tədbirləri aparılıb.
İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində payızlıq taxıl əkini sahələrinin ətrafında 630 ha sahədə müşahidələr aparılıb, 510 ha sahədə sirayətlənmə aşkar edilib, 432,5 ha sahədə mübarizə tədbirləri aparılmaqla taxıl əkinlərinə vurula biləcək ziyanın qarşısı alınıb. Göygöl rayonu ərazisində 800,0 ha sahədə müşahidələr aparılıb, 60,0 ha sahədə sirayətlənmə aşkar edilib, 50,0 ha sahədə mübarizə işləri aparılıb.
Bildiririk ki,bu il küdrü düzü ərazisində Mərakeş çəyirtkəsinin populyasiya sıxlığının azalması müşahidə edilib. Bu ərazidə (Biləsuvar, Saatlı, Sabirabad, İmişli və Salyan rayonları) 22766,0 ha sahədə müşahidələr aparılıb, cəmi 878,0 ha sahədə sirayətlənmə aşkar edilib, sürfələrin yaşı və sıxlığı nəzərə alınmaqla 30,0 ha sahədə mübarizə tədbirləri aparılıb.
Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Yaz aylarında havaların soyuq keçməsi səbəbindən İtaliya çəyirtkəsinin çıxışı hələlik müşahidə edilməyib.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat versinlər.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026