2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçin aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 5-dən etibarən “Aqroservis” ASC və “New Holland” şirkəti tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı innovativ taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start verilib və bu gün yekunlaşıb.
Məqsəd MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan yeni nəsil bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmət göstərməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.
Təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizator iştirak edib. Təlimin sonunda imtahanlardan uğurla keçmiş 35 mexanizatora sertifikatlar təqdim edilib.
Təlimlər “New Holland” şirkətinin yüksək ixtisaslı mütəxəssisləri və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunur.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026