2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçini aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 5-dən etibarən “Aqroservis” ASC tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı taxılyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start veriləcək.
Məqsəd MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombaynlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizator iştirak edəcək.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimdən sonra keçirilən imtahanı uğurla keçən hər bir mexanizatora sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexaniztorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026