Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata kecirilir.
Artıq 2018-ci ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı həyata kecirilib. Bunun əsas mədsədi toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata kecirilməsi ücün tövsiyyələrin verilməsi, həmcinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən məyyən edilməsidir. Bölğələrdə toxumluq əkin sahələrinin qeydiyyatı 30 dekabr 2018-ci il tarixdən Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul edilmiş sənədlər Dövlət Xidmətinə təqdim edilib. Bərdə RTSM-in əhatə etdiyi rayonlar üzrə (Bərdə, Ağdam, Tərtər, Yevlax) 6349 hektar, Beyləqan RTSM-in əhatə etdiyi rayonlar üzrə (Ağcabədi, Beyləqan, İmişli, Füzuli) 6528 hektar, Quba RTSM-in əhatə etdiyi rayonlar üzrə isə (Quba, Qusar, Xacmaz, Siyəzən, Şabran) 5951 hektar toxumluq əkinlər qeydiyyata alınıb. Digər bölgələr üzrə məlumatlar dəqiqləşdirildikdən sonra internet səhifəsində yerləşdiriləcəkdir.
Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinğlik əkin sahələrinin uçotunun dəqiq və müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb, möhürlənərək RTSM-rin rayonlar üzrə baş aqronomlarına verilib, həmçinin toxumluq əkinlərin elektron qaydada aparılmasına başlanılıb və bu istiqamətdə işlər yaxın zamanlarda yekunlaşacaqdır. Bu da toxumluq və ting əkinlərinin ucotunun dəqiq aparılmasında şəffaflığın tam təmin olunmasına zəmin yaradacaqdır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026