Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində süni mayalanma mütəxəssiləri üçün təşkil edilən təlimlər sona çatıb. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə FAO tərəfindən həyata keçirilən “Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutan 5 təlim sessiyasında 60 mütəxəssisə FAO-nun yerli və beynəlxalq ekspertləri tərəfindən təlim keçirilib, təlimi uğurla keçən şəxslər sertifikat və müvafiq avadanlıqlarla təmin olunublar. Layihə həmçinin Respublika Süni Mayalanma Mərkəzinin bu sahədəki maddi-texniki bazasının gücləndirilməsi mıəqsədi daşıyır.
Təlim kursunu uğurla başa vurmuş mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur. Ölkədə süni mayalanma üzrə mütəxəssislərinin sayının artırılması ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlığın inkişafına, ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, aqrar sahədə məşğulluğun artırılmasında da mühüm rol oynayacaq.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026