Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Bərdədə açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Bərdə rayon İcra Hakimiyətinin rəsmiləri, və digər qonaqlar iştirak ediblər.
“ToxumArt” mağazasında Dövlət Toxum Fondunun idxal etdiyi sertifikatlı, məhsuldar, yüksək reproduksiyalı buğda, arpa, kartof və xaşa toxumları mövcuddur. Mağazada Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının satışı həyata keçirilir. Süni mayalandırma mütəxəssisləri toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları əldə edə biləcəklər. Həmçinin süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulan yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha da əlçatan olacaq.
Bundan başqa, mağazada Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinin istehsal etdiyi yerli tərəvəz toxumları təqdim edilib. Fermerlərə yerli tərəvəz toxumlarının təqdim edilməsinin əsas məqsədi ölkə fermerlərini mövcud bazar qiymətlərindən aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli, məhsuldar toxumlarla təmin etməkdir. “ToxumArt” mağazaları fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar təqdim edir.
“Dövlət-Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq mağazada toxumçu fermerlərin və Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri alıcılara təklif edilir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026