Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Respublikanın barama istehsalı ilə məşğul olan 40 rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib.
Təlimlərin əsas məqsədi ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı, məhsuldarlığın yüksəldilməsi və DAİM-də yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Gülnar Bağırova tərəfindən keçirilən təlimlər 2 gün davam edib. Təlimlərdə ümümilikdə 73 DAİM əməkdaşı iştirak edib. İştirakçılara “Çəkil bağlarına qulluq”, “Kümxanaların hazırlanması və dezinfeksiya işlərinin aparılması”, “Tut ipəkqurdunun yemləndirilməsi qaydası”, “Tut ipəkqurdunun xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və “Yaş baramanın tədarük prosesinin təşkili” mövzularında ətraflı məlumat verilib.
Tədbirin sonunda İnsan Resursları şöbəsi tərəfindən kümçülərə infomasiya-məsləhət xidmətlərini göstərəcək mütəxəssislərə “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026