Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli və vaxtında səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması gələcək məhsulun əsası deməkdir.
Bununla əlaqədar olaraq dağlıq və dağətəyi bölgələrdə fermerlərin elit və reproduksiyalı toxuma olan təlabatının vaxtında ödənilməsi səpinin optimal müddətdə həyata kecirilməsinə zəmin yaratmışdır.Dağlıq və dağətəyi rayonlarda əsasən toxumluq sahələrin əkini başa çatmaq üzrədir. Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərən 28 toxumçuluq təsərrüfatında 6,9 min hektara yaxın payızlıq buğda və arpa səpilib. Quba-Xaçmaz bölgəsində (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) isə 36 özəl toxumçuluq təsərrüfatında 7,3 min hektara yaxın toxumluq sahə səpilib.
.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026