Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir. Artıq DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılması prosesinə start verilib. Həftə ərzində Saatlı, Ucar, Samux, Salyan, Masallı, Xocavənd, Ağstafa, Bərdə, Kürdəmir, Astara, Beyləqan, Qax, İmişli, Yevlax, Göygöl, Qəbələ, Ağcabədi, Lerik, Goranboy, Hacıqabul və Biləsuvarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində Fermerlər və Koordinasiya Şuralarının təsis olunmasına dair iclaslar keçirilib. İclaslarda yerli fermerlərə yeni yaradılan Şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026