Hazırda respublikanın müxtəlif rayonlarında taxıl biçini davam edir. Dövlət Toxum Fondunun aqronom və mütəxəssisləri tərəfindən toxumluq sahələrdə aparılan monitorinqin nəticəsinə görə bu il fermerlər yüksək məhsul əldə ediblər.
Bildirək ki, toxumçuluq sahəsi ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir. Bu sahənin inkişafı ilə bağlı son illərdə respublikanın 5 bölgəsində müasir tipli toxum emalı müəssisələri yaradılaraq fermerlərə xidmət göstərməsi təmin edilib. Eyni zamanda, toxumçuluq üzrə təcrübə təsərrüfatlarının maddi-texniki bazası ən müasir avadanlıqlarla təchiz olunub. Bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Kənd təsərrüfatı bitkilərinin becərilməsində yeni yaradılan sortlardan və sertifikatlı toxumlardan istifadə edilməsi məhsuldarlığı 20-30 faiz artırır.
Bu il yüksək məhsuldarlıq əldə edilən taxıl sahələrində xəstəliklərə, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə və aqrotexniki tədbirlər düzgün və vaxtında aparılıb, bitkilərin inkişaf fazasından asılı olaraq yemləmə gübrələrindən istifadə olunub, bununla yanaşı məhsul istehsalçıları ilə mütamadi maarifləndirmə söhbətləri aparılıb.
Məlumat üçün bildirək ki, cari ilin yanvar ayından başlayaraq Dövlət Toxum Fondu tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl, Tovuz, Gədəbəy, rayonlarında toxumluq sahələrə baxış keçirilib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026