Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun mütəxəssisləri İsmayıllı, Qax, Zaqatala, Şəki və Balakəndə toxumçuluq sahəsində fəaliyyət göstərən fermer, toxumçu və sahibkarlarla görüşüb.
Bu rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərində baş tutan tədbirdə toxumçuluğun inkişaf etdiyi dövlətlərdə əldə olunan nailiyyətlər müzakirə olunub, ölkədə toxumçuluğun inkişafı mövzusunda fikir mübadiləsi aparılıb, yüksək məhsuldar toxumlara olan təlabat öyrənilib. Bildirilib ki, məhsuldarlığın artırılması üçün yüksək reproduksiyalı, rayonlaşmış taxıl və tərəvəz toxumlarına olan tələbat əsasən daxili istehsal hesabına ödənilir.
Səfər çərçivəsində Toxum Fondunun Şəki Toxum Emalı Zavoduna baxış keçirilib. Qonaqlar zavodda mövcud infrastrukturla tanış olub və göstəriləcək xidmətlər haqqında onlara ətraflı məlumat verilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026