Ölkəmizin mövcud iqlim şəraitində aprel ayı ərzində və mayın ortalarına qədər kəskin yaz şaxtaları maşahidə edilir və ilk növbədə üzümlüklərə ciddi ziyan vurur. Bu ildə, aprel ayının ortalarında bir çox bölgələrində (Salyan, Tərtər, Kürdəmir və s.) yaz şaxtalarının təsirindən xeyli üzüm bağları ziyan çəkdi. Dağətəyi və dağlıq ərazilərdə üzüm tənəkləri hələ zoğların açılması mərhələsində olduğu üçün belə bölgələrdəki bağlara ziyanı olmayıb, oralarda yaz şaxtalarının ziyan vurma həddi çox aşağıdır. Bu ərazilərdə yaz şaxtaları may ayı ərzində müşahidə edilə bilər. Fermerlərə tövsiyə edirik ki, yaz şaxtalarına qarşı hazırlıqlı olsunlar və müvafiq vasitələri tədarük etsinlər.
Yaz şaxtalarından zədələnmələri 3 əsas dərəcəyə bölmək olar.
I dərəcə: Tənəyin yaşıl zoğlarının və əvəzedici tumurcuqlarının əsasındakı döşənək qatı ilə birlikdə məhv olması. Bu cür zədələnmədə yeni yaşıl zoğlar yalnız ştamb və çoxillik qollardakı yatmış tumurcuqlardan inkişaf edə bilər. Bu halda keçən ilki zoğlar çox qısa (1 tumurcuq) kəsilir ki, bucaq və yatmış tumurcuqlarını oyanması üçün şərait yaradılsın. Bu zoğların hesabına tənəyin forması bərpa edilir və gələcək məhsulu təmin edilir.
II dədrcə: Yaşıl zoğlar tamamilə, yaxud bütün çiçək qurupları məhv olur, zoğun aşağı 2-3 yarpağı salamat qalır, qalanları zədələnir. Bu halda əvəz edici tumurcuqlardan məhsul vermə qabiliyyəti olan sortlardan az miqdarda məhsul almaq olur. Əvəzedici tumurcuqları məhsuldar olmayan sortlarda bu cür budama lüzumsuz hesab edilir. Bic zoğların məhsulvermə qabiliyyəti olan yaşıl zoğların ucu erkən qoparılır, bic zoğların böyüməsi sürətləndirilir və onlar məhsul verir.
III dərəcə: Yaşıl zoğların yalnız ucu zədələnir, çiçək qrupları zədələnmir, yaxud çiçək qrupları və yarım qrupları az zədələnir. Bu halda xüsusi budama aparılması məsləhət deyildir.
Əgər üzümlüyünüzü yaz şaxtaları vurubsa ilkin olaraq aşağıdakı tədbirləri etməlisiniz.
Birinci növbədə bağ sahibi təmkinli olaraq təşvişə düşməməlidir, çünki yaz şaxtalarının fəsadını aradan qaldırıb, qismən də olsa, hətta 50 faizə qədər məhsuldarlığı bərpa etmək mümkündür.
Nicat Nəsili
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru, aqrar elmlər doktoru
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026