Dünya Bankının rəsmi bloqunda “Azərbaycanda baytarlıq sahəsində inqilabi dəyişiklikləri eşitmisinizmi?” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Azərbaycanda aqrar sahədə təhsil, xüsusilə baytar mütəxəssislərin hazırlanması prosesindən bəhs olunub, bu ixtisas üzrə təhsil alan yerli və xarici tələbələrin baytarlıq ixtisasını seçmə səbəbləri, bu ixtisasa yanaşmaları barədə maraqlı videoçarx da yerləşdirilib.
Müəllif qeyd edir ki, Azərbaycan dövləti təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, xüsusilə aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Yazıda Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılan heyvandarlıq təsərrüfatında baytarlıq ixtisası üzrə tədris proqramı və burada aparılan təcrübələrə xüsusi toxunulub.
Bildirilib ki, baytarlıq peşəsinin potensialının və cəlbediciliyinin təbliği artıq Azərbaycanda öz bəhrəsini verməkdədir. Müəllif son illərdə baytarlıq ixtisası üzrə təhsil alanların sayının bir neçə dəfə artmasına diqqət yönəldərək vurğulayır ki, baytarlıq ixtisası üzrə təhsil alan tələbələr universitetin Tədris-Təcrübə Təsərrüfatında yerləşən fermada öz nəzəri biliklərini yeni metodologiya, texnologiya və ən yaxşı praktiki təcrübələrlə zənginləşdirirlər.
Məqalədə xəstəliklərin profilaktikası və müalicəsində yeni dərmanların və metodların tətbiqi sahəsində tələbələrin biliklərini artırmaq və təcrübi bacarıqlarını təkmilləşdirməsi üçün xüsusi proqramın tədrisi təqdirəlayiq hal kimi qiymətləndirilib.
Yazıda qeyd olunub ki, baytarlıq sahəsində keyfiyyətli təhsil Azərbaycanın heyvandarlıq sektorunda əsas xidmətlərin modernləşdirilməsində həlledici rola malikdir.
“İnsan kapitalına investisiya və heyvanlardarlığın inkişafına xüsusi diqqət yetirmək hər kəs üçün daha yaxşı bir dünyaya çatmağın ən yaxşı yoludur”, - deyə məqalədə vurğulanır.
Qeyd edək ki, ADAU-da Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində iki ferma inşa olunub, fermalar damazlıq heyvanlarla təchiz olunaraq tələbələrin istifadəsinə verilib.
Məqalənin mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026