Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tabeliyində Bakı Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd, hər iki qurum arasında faydalı əməkdaşlıq və birgə tədbirlər həyata keçirərək turistlərin kənd təsərrüfatı məhsulları haqqında maariflənməsini təmin etmək, Bakıda və ümumiyyətlə bütün ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir. Birgə əməkdaşlıq kənd təsərrüfatında və Bakıda turizmin inkişafına öz töhfəsini verməyi, xüsusilə, Azərbaycan məhsullarının ölkəmizdə səfərdə olan xarici ölkə vətəndaşlarına tanıdılmasını hədəfləyib.
Mərasimdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında qonaqlara məlumat verib, birgə əməkdaşlığın perspektivləri, planlaşdırılan və görüləcək işlər haqqında təqdimat ediblər.
Bildirilib ki, Dövlət Aqrar Ticarət Şirkətinin markası olan “Kənddən Şəhərə” məhsulları, mağaza və yarmarkasının həm yerli, həm də əcnəbi turistlərə tanıdılmasında hər iki qurum arasında ortaq tədbirlər həyata keçiriləcək. Bakının yeni hazırlanan turizm xəritəsində “Kənddən Şəhərə” mağazasının yeri xüsusi qeyd olunacaq, mağazaya əcnəbi turistlərin turları təşkil olunacaq və yerli təbii kənd təsərrüfatı məhsullarının turistlərə tanıdılması işi həyata keçiriləcək. Həmçinin, Turizm Agentliyinin iştirak edəcəyi beynəlxalq sərgilərdə \"Kənddən Şəhərə\" brendi təqdim ediləcək.
Natiqlər imzalanan Əməkdaşlıq Memorandumunun kənd təsərrüfatı məhsullarının turistlərə tanıdılması istiqamətində iki qurumun birgə fəaliyyəti üçün baza sənəd rolunu oynayacağını və ölkəmizdə aqrar turizmin inkişafına töhfə verəcəyini vurğulayıblar.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026