Moskvada keçirilən 27-ci Beynəlxalq Qida Sərgisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti də iştirak edib.
Sərgidə iştirakda məqsəd Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərən şirkətlərlə tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq məsələlərinin müzakirəsi, eyni zamanda analoji məhsulları dünya bazarına çıxaran rəqib ölkələri araşdırmaqdır.
Sərgi çərçivəsində Şirkət nümayəndələri Rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə məhsul ixracına dair müzakirələr aparıblar. Sərgi zamanı Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi ilə Dövlət Aqrar Ticarət Şirkəti arasında gələcək əməkdaşlıqla bağlı memorandum imzalanması barədə razılıq əldə olunub. Memorandumun yaxın günlərdə imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ötən il olduğu kimi bu il də Beynəlxalq Qida Sərgisinin rəsmi tərəfdaşı olub. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş etdirilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026