Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Ötən ilin sentyabr ayından bugünədək 387498 hektar sahədə müşahidələr aparılmış, 311807 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 2204 hektar sahədə mexaniki mübarizə və 295053 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Çöl siçanları kənd təsərrüfatı bitkiləri üçün böyük təhlükə törədirlər. Onların vurduğu ziyan toxumların cücərməsi dövründən başlayır, dənin yetişmə dövrünə qədər davam edir. Çöl siçanlarına qarşı mübarizə bir hektarda işlək yuvaların sayı payız mövsümündə 50 yuva, erkən yazda 75 yuva, yaz mövsümündə 100 yuva olduqda aparılır.
Mübarizə tədbirləri:
Kimyəvi mübarizə məqsədi ilə sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanır və hər işlək yuvaya 3 qr hesabı ilə aldadıcı yem qoyulur.
Fermerlərə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə AXA-nın yerli qurumlarına müraciət etməsi tövsiyə olunur.
Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edib
09 Fevral 2023
Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək
06 Fevral 2023
Gənclər Günü münasibətilə əmək fəaliyyətində fərqlənən gənc əməkdaşlara Fəxri Fərman verilib
03 Fevral 2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat və dama turniri keçirilib
03 Fevral 2023
Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir
03 Fevral 2023