Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasında “Aqrar sahənin inkişafında innovativ texnologiyaların rolu” mövzusunda təlim keçirilib. Təlimdə institutun alim və mütəxəssislərilə yanaşı, Kürdəmir DAİM-in mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.
Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru Cavanşir Təlai təlimdə kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların iqtisadi cəhətdən səmərəli rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında rolu, institutun bu sahədə apardığı tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Kürdəmir DAİM-in baş mütəxəssisi Xanbala Əsədov yeni subsidiya mexanizmi, Kürdəmir rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Sonra Əkinçilik Elmi-Tədqiat İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Payızlıq buğdanın tirəli səpin texnologiyasında əkilməsinin üstünlükləri” mövzusunda çıxış edərək tirəli əkinlərin resurslara qənaət edən texnologiya olaraq üstünlüklərini, o cümlədən işçi qüvvəsinə, suya və toxuma qənaət edildiyini qeyd etməklə kondisiyalı toxum çıxımının daha yüksək olmasını bu üsulun torpağın deqradasiyanın qarşısının alınmasında və münbitliyinin qorunmasında böyük rol oynadığını seminar iştirakçılarının nəzərinə çatdırıb.
Seminarda Əkinçilik Elmi-Tədqiat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasının direktoru Saday Məmmədov “Cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğda səpini üçün torpağın becərilməsi”, institutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev “Növbəli əkin tarlalarında becərilən bitkilərdən asılı olaraq torpağın becərilməsi xüsusiyyətləri” mövzularında çıxış edərək müxtəlif bitkilərdən sonra payızlıq buğdanın səpini üçün aparılacaq torpaq becərmələri, növbəli əkin sistemində bitkilərin yerləşdirilməsi və əhəmiyyəti, eyni zamanda becərilən bitkilərdən asılı olaraq torpağın becərilmə xüsusiyyətləri haqqında kənd təsərrüfatı məhsul istehsalçılarına geniş məlumat verib.
Mövzu ətrafında geniş müzakirə aparılıb və fermerlərin sualları ətraflı cavablandırılıb. Sonda tədbirin proqramına uyğun olaraq fermerlərə yeni innovativ tirəli səpin texnologiyası ilə payızlıq buğda və arpanın səpininin aparılması nümayiş etdirilib.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026