Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların yoxlanılması prosesinə başlanıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən EKTİS-də yoxlamalar üç istiqamətdə aparılır.
Artıq peykdən çəkilmiş fotolar əsasında fermerlərin sistemə daxil etdikləri bəyan məlumatları dəqiqləşdirilir. Məsələn, Zərdab rayonunun Dəkkəoba kəndi üzrə 223 fermer cəmi 889.2 ha torpaq sahəsini qeydiyyatdan keçirib. Qeydiyyatdan keçən fermerlərin 208 nəfəri payızlıq əkinlərlərlə bağlı 768.2 ha sahəyə dair məlumatı bəyan edib. Bəyan edilən bitkilər üzrə 446.3 hektarda yonca, 263.8 hektarda buğda, 58.2 hektarda arpa əkildiyi müəyyənləşib. Monitorinq zamanı 1 parseldə bəyanla bağlı uyğunsuzluq müşahidə edilib və bu ərazi yerində yoxlamaya cəlb olunub.
EKTİS-də payızlıq əkinlərini bəyan etmiş və torpaq sənədləri ilə bağlı məlumatları sistemə daxil edilmiş fermerlərə sistem üzərindən müvafiq bildiriş göndəriləcək. Beləliklə, elektron ərizələr EKTİS-Subsidiya İnformasiya Sistemində qəbul edilərək yuxarıda qeyd edilən formada monitorinqə yönləndiriləcək. Subsidiya almaq üçün formalaşdırılan elektron bəyannamələrin yekun təsdiqi və fermerə ödəniləcək məbləğ monitorinqlər nəticəsində müəyyən ediləcək. EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.
Yanvarın 10-dək 173 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində məlumatları yoxlayaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026