"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkcə fermerlərə sibsidiya vermək üçün nəzərdə tutulmayıb. Subsidiyaların elektron qaydada verilməsi EKTİS-in fermerlərə yaratdığı imkanlardan biridir. Fermerlər EKTİS vasitəsilə bir çox aqrar xidmətlərdən yararlana biləcəklər. Onlar evdən çıxmadan, təsərrüfatdan ayrılmadan, mobil telefon, planşet, masaüstü kompüter vasitəsilə baytarlıq, fitosanitar xidmətlər sifariş edə biləcəklər. Fermerlərin EKTİS üzərindən aqrar kredit almaq üçün müraciət etmək imkanı da olacaq. Bundan başqa, onlar gübrə və sertifikatlı toxumu da yeni sistem üzərindən ala biləcəklər".
Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Samux, Göygöl, Daşkəsən və Goranboyda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib.
Nazir müavini bildirib ki, EKTİS aqrar xidmətləri fermerin ayağına gətirən, operativliyi, şəffaflığı və əlçatanlığı təmin edən innovativ təşəbbüsdür: "Bu sistemin imkanlarından fermerlərə aqrotexniki tədbirlərin qrafikinə dair məlumatların, meteoroloji məlumatların ötürülməsində də istifadə olunacaq. Gələcəkdə fermerlər EKTİS-dən təkcə toxum, gübrə almaq üçün deyil, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. Fermerlərimizi indiki mərhələdə aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdən daha aktiv olmağa çağırıram".
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi regionlarda EKTİS-in tətbiqi ilə bağlı görüşlər, maarifləndirici sessiyalar keçirir. İndiyədək 32 rayonda bu cür görüşlər keçirilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026