Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi fermerlərə əlavə üstünlüklər qazandırır
Fermerlər kənd təsərrüfatı istehsal vasitələrindən gübrə, toxum, pestisid, kənd təsərrüfatı texnikasının, baramaçılıq sahəsində ipəkqurdu və tut tinglərinin satınalınmasını EKTİS vasitəsilə həyata keçirə biləcək və bunun üçün müxtəlif yerlərə gedərək araşdırma aparmaq məcburiyyətində qalmayacaqlar. Eyni zamanda fermerlər elektron kabinetləri vasitəsilə günün 24 saatı ərzində Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarına müraciət göndərmək imkanı əldə edəcək. EKTİS-in tətbiqi aqrar fəaliyyətlərdən yararlanmaq üçün vaxt itkisini aradan qaldırmış olacaq. Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri ölkə üzrə aparılacaq və aparılan əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır. Bu üstünlük həm təsərrüfat üzrə və ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda fermerlərə əlavə imkanlar yaratmış olacaq.
Aqrar xidmətlərin elektronlaşdırılması fermerlərin maarifləndirmə prosesinə cəlb olunmasını da asanlaşdıracaq. Fermerlər bitkiçilik və heyvandarlıq sahələri üzrə elmi-praktiki təcrübələrin nəticələri ilə tanış olmaq, sahəvi fəaliyyətləri üzrə təkmilləşdirici tövsiyələrin, məlumatların mütəmadi qaydada əldə edilməsi imkanı qazanacaq. Fermerlərə maarifləndirici məlumatların çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlavə olaraq www.agroinfo.az saytı yaradılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026