Respublika ərazisində karantin rejimi elan olunan gündən etibarən Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə qaydalarının tətbiqinə başlayıb. Yaz-tarla işləri başladığı üçün cari tapşırıqların icra olunması WhatsApp qrupları, qarşıya çıxan problem və qayğıların həll olunması isə videokonfranslar vasitəsi ilə həyata keçirilir. Elmi-tədqiqat institutları (ETİ), regional aqrar elm və innovasiya mərkəzləri fermerlər üçün telefon, WhatsApp vasitəsi ilə məsləhətlərin verilməsini həyata keçirir, mövsümi qulluq tədbirləri ilə bağlı videotəlimlər hazırlayaraq yayırlar.
Aqrar Elm və İnnovasiya Mərkəzində növbəti videokonfrans elmi-tədqiqat institutlarının direktorları ilə keçirilib. Videokonfransda mərkəzin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov və institut direktorları iştirak ediblər. Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev, Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, Tərəvəzçilik ETİ-nin direktoru Elmar Allahverdiyev, Baytarlıq ETİ-nin direktoru Siyalə Rüstəmova, Heyvandarlıq ETİ-nin direktoru Mahir Hacıyev, Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanov, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru Elçin Xəlilov institutlarda aparılan elmi tədqiqat işlərinin vəziyyəti, təcrübə stansiyalarında aparılan yaz-tarla işlərinin gedişatı haqqında ətraflı hesabat verib, davam edən karantin günlərində həyata keçiriləcək tədbirlər haqqında çıxış ediblər.
Videokonfransda yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi, payızlıq əkinlərdə vegetasiya mərhələsinin təhlili, idarəetmə prosesində innovativ həllərin tətbiqi və digər cari məsələlər müzakirə olunub.
Respublika ərazisində karantin rejimin davam etməsinə baxmayaraq institutların iş rejiminin fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verilib.
Videokonfransda digər cari məsələlər də ətraflı müzakirə olunub.
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyi üzrə 237 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edilib
18 Avqust 2026
Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Bootcamp keçirilib
18 Avqust 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
17 Avqust 2026
Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib
17 Avqust 2026