BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşları “Azərbaycanda fındıq sektorunun dayanıqlı və effektli artımına dəstək göstərmə - HAZER” layihəsi çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar. Təklif olunan layihənin əsas məqsədi məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yüksəltmək, Azərbaycanda fındığın dəyərinin formalaşması proseslərinin daha səmərəli və rəqabətli olmasına kömək etməkdən ibarətdir. Əsas qarşıya qoyulan tələblər Azərbaycanda fındıq sektorunda rəqabəti maksimuma çatdırmaq üçün 12 ay müddətinə strategiyanın və yol xəritəsinin təqdim olunması və 36 ay müddətinə Azərbaycanda istehsal olunan fındığın rəqabət qabiliyyətini, keyfiyyətini və bazara çıxarılma imkanlarını tam həcmdə artırmağa şərait yaradan tədbirlər vasitəsilə Strategiyanın və yol xəritəsinin ilkin (pilot) icrasını həyata keçirməkdən ibarətdir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov İnstitutun bazasında olan fındıq sort və formaları haqqında qonaqlara məlumat verərək bu layihənin həyata keçirilməsini dəstəklədiklərini diqqətə çatdırıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026