Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
40 hektarda nar becərən fermer yerli sortların daha məhsuldar olduğunu deyir
“Nar isti sevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur”. Bu fikirlərin müəllifi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində nar təsərrüfatına rəhbər edən Nizami Hüseynov deyib.
O təsərrüfata 10 ildir rəhbərlik etdiyini deyib: “Hazırda yüksək keyfiyyətli məhsulumuz var. Yaxın aylarda sahələrdən nar yığmağa bağlayacağıq. Sahəmizdə əsasən 3 sort nar yetişdirilir. Bunlar ən məhsuldar sortlardan sayılan “Gülövşə”, “Çəhrayı Gülövşə” və “Vələs” narlarıdır. Bu sortlar təkcə Göyçay rayonunda deyil, ümumilikdə Azərbaycanda meyvələrin şahı sayıla bilər”.
Nizami Hüseynov 40 hektar sahədə nar yetişdirir: “Sahəmizi damcılı suvarması yolu ilə suvarırıq. Məhsullarımız arasında ən çox tələbat olan “Gülöyşə” narıdır. ”Gülövşə” meyvələrin tacıdır, baş hissəsi də əsl tac formasındadır. Bu bizim dədə-baba sortumuzdur, xalqımız bu əmanəti bizə ərmağan edib və qoruyub saxlayıb. Şirəli, vitaminli olduğu üçün çox dadlıdır. Nar dənələrinin qırmızı olması onun daha çox vitaminli olmasına dəlalət edir. El arasında nahaq yerə demirlər ki, nar min bir dərdin dərmanıdır”.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026