Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən üzüm-şərab istehsalçılarına elmi-metodiki kömək məqsədi ilə “Üzümü çürümə xəstəliklərindən qoruyaq” və “Azərbaycanın torpaq-iqlim şəraitində yetişən üzüm sortlarından süfrə şərablarının istehsal texnologiyasının əsasları” adlı vəsaitlər çap olunub. Nəşrlər respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanıb.
“Üzümü çürümə xəstəliklərindən qoruyaq” adlı vəsaitdə ölkəmizin bölgələrinin torpaq-iqlim şəraiti nəzərə alınaraq qədimdən yayılmış, o cümlədən son dövrlərdə əkin materiallarının introduksiyası səbəbindən üzümdə ciddi fəsadlar törədən əsas göbələk və virus xəstəlikləri, zərərvericilər, onlara qarşı müasir mübarizə üsulları haqqında məlumat verilir.
“Azərbaycanın torpaq-iqlim şəraitində yetişən üzüm sortlarından süfrə şərablarının istehsal texnologiyasının əsasları” adlı vəsait ixracyönümlü şərab istehsalının elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə qələmə alınmış ilk tədqiqat işi olmaqla, şərabçılıq sənayesi müəssisələrində fəaliyyət göstərən mütəxəssislər, şərabçı-texnoloqlar, şərabçılıqla məşğul olan elmi işçilər, bu sahədə təhsil alan tələbələr, magistrlər və doktorantlar, eləcə də ölkədə şərab turizminin inkişafı baxımından kiçik ailə təsərrüfatlarının həvəskar şərabçıları üçün nəzərdə tutulub. Zonalar üzrə süfrə şərabları istehsalına yararlı texniki üzüm sortları, üzümün emalında yaranan biokimyəvi proseslər və lətin fermentasiyası, üzüm şirəsinin fermentasiyası zamanı baş verən oksidləşmə reduksiya prosesləri və onların tənzimlənməsi üsulları, Azərbaycanda süfrə şərabları istehsalında istifadə olunan yerli və introduksiya olunmuş texniki üzüm sortlarının texnoloji xarakteristikası, üzümün yetişməsinə nəzarət və məhsulun yığılması, üzümün yetişkənlik dövrünün laboratoriya, sahə və orqanoleptik üsullar ilə təyini metodikası, qıcqırtma, şərabçılıqda sulfit turşusunun rolu, ağ və qırmızı süfrə şərablarının istehsal texnologiyası, kəmturş, kəmşirin süfrə şərabları, süfrə şərablarının fiziki-kimyəvi tərkibinin təyini üsulları öz əksini tapıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026