Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsi kənd təsərrüfatının inkişafını təmin edəcək əsas istiqamətlərdən biri sayılır. Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilir. Təlimlərə cəlb olunan fermerlərə aqrar fəaliyyətin təşkilinin ən müxtəlif istiqamətləri, aqrar qanunvericilikdə yeniliklər və s. haqqında geniş məlumat verilir.
Təlimlər ixtisaslaşmış təlimçilər tərəfindən keçirilir. Təlim qrafiki müvafik struktur bölmələr tərəfindən hazırlanır, qrafik hazırlanan zaman yerlərdə fermerlərin təlim ehtiyacları nəzərə alınır.
İnformasiya-məsləhət xidmətinin genişləndirilməsi məqsədilə istifadə olunan elektron resurslar daim təkmilləşdirilir. “Agroinfo.az” elektron resurslarında fermerlər bitkiçilik və heyvandarlığın ən aktual məsələləri üzrə maarifləndirici yazılar və təlim materialları ilə tanış ola bilərlər.
Elektron resursda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə, bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı texnikasının istismarı və təhlükəsizlik qaydaları, texniki bitkilər, bitki və heyvanların zərərverici xəstəlikləri və onlarla mübarizə qaydaları haqqında materiallar yerləşdirilib. Fermerlər elektron resursdan istifadə etməklə həm təlim materilları ilə tanış ola, həm də onları maraqlandıran mövzular üzrə təlimlərin qrafiki ilə tanış ola bilərlər.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026