Fransadakı səfirliyimizin və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmiz Fransanın Overn-Ron-Alp regionunun Klermon-Ferran şəhərində “Sommet de l’elevage” (“Heyvandarlıq zirvəsi”) adlı beynəlxalq heyvandarlıq sərgisində təmsil olunub.
Azərbaycan nümayəndə heyətinə Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik edib. Əvvəlcə nümayəndə heyətimizin üzvləri Klermon-Ferran meriyasında keçirilən sərginin rəsmi açılışında iştirak ediblər. Açılışa bir çox ölkənin kənd təsərrüfatı nazirləri, Fransada akkreditə olunmuş səfirliklərin nümayəndələri, heyvandarlıq üzrə mütəxəssislər qatılıblar.
Sonra nümayəndə heyətimiz Overn Zenit mərkəzində təşkil olunmuş beynəlxalq heyvandarlıq sərgisinə gəlib.
Nazir İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətini sərginin təsisçisi Roje Blan və ADEPTA şirkətinin Qafqaz üzrə rəhbəri Roşel Levi qarşılayıb.
R.Blan nümayəndə heyətimizə sərginin tarixi haqqında məlumat verib. Sonra sərgi salonları ilə tanışlıq olub. Azərbaycan nümayəndə heyətinin üzvləri xırda və iribuynuzlu, eləcə də ətlik və südlük heyvanlar, onların müxtəlif iqlim şəraitinə dözümlülüyü barədə məlumatlandırılıblar. Eyni zamanda, sərgi çərçivəsində heyvandarlıq sahəsində müvafiq texnologiyalarla tanışlıq olub. Süni mayalanma, südün saxlanılması, heyvan yemlərinin hazırlanması, kənd təsərrüfatı texnikası ilə bağlı suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Nazir İnam Kərimov sərgidə nümayiş olunan ətlik və südlük, xırda və iribuynuzlu heyvan cinslərindən hansının daha çox fayda verdiyi və ölkəmizin iqlim şəraitinə uyğunlaşdırılması yollarına dair azərbaycanlı fermerlərlə birlikdə fikir mübadiləsi aparıb.
Oktyabrın 4-dək davam edəcək sərgiyə ölkəmizin 10-dan çox fermeri, eləcə də assosiasiyaların rəhbərləri qatılıb.
Klermon-Ferran Beynəlxalq Heyvandarlıq Sərgisi dünyanın ən böyük ixtisaslaşmış sərgisidir. Sərgidə dünyanın 38 ölkəsindən 1560 şirkət iştirak edir.
Müasir Suvarma Sistemlərinin tətbiqi üzrə təlim proqramı baş tutub
20 May 2022
“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda müzakirələr aparılıb
19 May 2022
Belarus Respublikasının Baş naziri Roman Qolovçenko “Caspian Agro 2022” sərgisini ziyarət edib
19 May 2022
“Caspian Agro 2022” çərçivəsində İsraildə 11 aylıq aqrar təcrübə keçəcək mütəxəssilərlə görüş keçirilib
19 May 2022
15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində panel sessiyalar keçirilib
18 May 2022