Xaçmazda Fransadan gətirilərək əkilmiş arpa sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüksək məhsuldarlıq və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar ilkin olaraq Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilib. 100 hektar sahədə yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri əkin sahələrinə baxış keçirdikdən sonra biçin aparılıb.
Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Mütəxəssislər bunun yüksək nəticə olduğunu qeyd ediblər. Fransadan gətirilən buğda sortlarının (“Renan” və “Barok”) əkildiyi sahələrdə də yüksək məhsuldarlıq müşahidə olunur.
Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60 sentnerdən yuxarıdır. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır.
Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026