Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində keçirilən “İnnovasiya Festivalı” öz işini davam etdirir.
Sərgidə “Aqroservis” ASC tərəfindən aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb.
Füzuli rayonunda keçirilən festivalda rotorlu otbiçən hidravlik, daş xırdalayan, gübrəsəpən 800 lt, aqrodron, aqro-robot, yem konteyneri, feremonlu tələ, “Axınlı Şan” tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib.
Festivalda yem konteyneri qurğusu vasitəsilə buğda, arpa həmçinin qarğıdalı bitkisindən əldə olunmuş yaşıl yemin nümayişi keçirilib. Bu mobil konteynerler və stasionar kompleksler 7 gün müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir.
Həmçinin tədbirdə yaşıl yem kimi raps bitkisinin becərilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib. Bitki zərərvericilərinə qarşı bioloji mübarizə vasitəsi olan feremonlu tələlər, axınlı şan tipli bal arısı yeşikləri nümayiş etdirilib, soxulcan gübrəsi istehsalının texnoloji proseslərini aqrar istehsalçılara aşılamaq məqsədilə biohumus gübrəsinin təqdimatı keçirilib keçirilib. Tədbirdə iştirak edən fermerlərə torpaq, su və digər resurslara qənaət etməklə fasiləsiz olaraq ilin bütün fəsilləri üçün yaşıl yem əldə etməyin səmərəliliyi barədə məlumatlandırılıblar.
Festivalın digər regionlarında da davam etdiriləcəyi nəzərdə tutulur.
Ağstafada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
16 Oktyabr 2026
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026
ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir
16 Oktyabr 2026