Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrin keyfıyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir. Tərkibi mikroelementlərlə zəngin olan, xüsusi dada malik Azərbaycan narı bu gün dünyada analoqu olmayan meyvədir və hər il dünyanın bir çox ölkələrinə ixrac olunur Azərbaycanda nar istehsal edən iqtisadi rayonlardan biri də Göyçay rayonudur. Respublikamızın ərazisində nar bitkisinə aid əkin sahələri genişləndirilərək artıq 23500 hektar sahəni əhatə edir. Bununla yanaşı yeni məhsuldar sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göyçay Dövlət Sort Sınaq Məntəqəsində 7 hektar sahədə 21 sortdan ibarət nar bağının kolleksiyası mövcuddur. Bunlar əvvəllər sınaq üçün təqdim olunmus nar sortlarıdır. Həmin sortlardan 9-u Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyata alınıb. Üç sort isə patent alıb.
Göyçay Dövlət Sort Sınaq Məntəqəsində hal hazırda nar bitkisinə aid 8 yerli sortdan ibarət sınaq işləri aparılır. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılıb, məhsuldarlıq göstəriciləri təyin edilib və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Yekunda aparılmış tədqiqatların nəticəsinə uyğun olaraq seçilmiş sortlar dövlət qeydiyyatına alınacaqdır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026