Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Fransa Respublikasının “Auriva Elevage” kooperativi arasında kadr hazırlığı və birgə tədqiqatların aparılması sahələrində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Memorandumu institutun direktoru Mahir Hacıyev və kooperativin icraçı meneceri Cyril Josse imzalayıblar.
Sənədə əsasən, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Fransanın heyvandarlıq potensialı, otlaqlardan və məhsuldar yem bitkilərindən səmərəli istifadə sahəsində təcrübələrini öyrənəcək və ölkəmizdə tətbiqi imkanlarını araşdıracaq. Bundan başqa, Azərbaycanda keçiçiliyin inkişafı üçün Fransadan məhsuldar cinslərin idxalı imkanları tədqiq ediləcək, Azərbaycanın dağlıq, aşağı dağlıq və düzən ərazilərində yüksək məhsuldar cinslərin adaptasiyası öyrəniləcək, eyni zamanda prioritet sahələrdə milli və regional layihələrin həyata keçirilməsi təmin olunacaq.
Həmçinin, memorandumda institut ilə kooperativ arasında heyvandarlıq məhsullarının ilkin və son emalı sahəsində birgə tədqiqatların nəticələrinin nəşr olunması, nailiyyətlərin nümayişi, elmi məqsədlə qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.
“Bu əməkdaşlıq bizə heyvandarlıqda yerli hibridlərin yaradılması üzrə davamlı əməkdaşlığın qurulmasına, Azərbaycanda embrion köçürmə texnologiyasının tətbiqinə və bu sahədə ixtisaslı kadrların hazırlanmasına imkan verəcək. Gələcək fəaliyyət planlarımıza fermerlər üçün seroloji, molekulyar diaqnostika və heyvan xəstəliklərinin (viruslar, bakteriyalar və s.) tanıdılması sahəsində metodik yardım və təlimlərin göstərilməsi də daxildir. İlkin elmi yeniliklərin və tədqiqatların innovasiya yönümlü metodlarını bölüşmək, bu cür tədqiqatların və yeniliklərin təhsil planlarına daxil edilməsinə də təşəbbüs göstərəcəyik”, - deyə Mahir Hacıyev vurğulayıb.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026