Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində “Heyvandarlıqda innovativ yanaşma” adlı dəyirmi masa keçirilib. Türkiyədən gəlmiş mütəxəssislərin iştirakı ilə təşkil olunmuş dəyirmi masada Gəncəətrafı bölgədə heyvandarlıqla məşğul olan fermerlərlə yanaşı müasir aqrokomplekslərin zootexnik, baytar həkimləri də iştirak ediblər. Dəyirmi masada Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin müdiri Esmira Lətifova, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli heyvandarlıq sahəsində nazirlik xətti ilə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat veriblər.
“Dəyirmi masanın keçirilməsində əsas məqsəd odur ki, fermerlərimiz alimlərin onların yanında olduğunu bilsinlər. Türkiyədən layihə çərçivəsində gələn qonaqlarımız da burdadır. Həmin mütəxəssislər tərəfindən fermerləri narahat edən problemlər, yem bazasının təşkili, yoluxan xəstəliklər, onların müalicə-profilaktika tədbirləri, yemlənmə tərtibatı və bu kimi başqa zootexniki yanaşmalar bu dəyirmi masada müzakirə olundu, fermerlər məlumatlandırıldılar”- Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
Türkiyənin Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar süni mayalandırma, embirion köçürmə texnologiyasının üstünlükləri haqqında geniş çıxış edərək son illər Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində həyata keçirdikləri sınaqlar haqqında sualları cavablandırıblar. “ Məqsədimiz burada qoyunçuluq sahəsində inkişafa və məhsuldar cinslərin yetişdirilməsinə köməklik göstərməkdir. Xüsusən, məhsuldar cinslər almaq məqsədilə, süni mayalanma texnologiyasını inkişaf etdirməyə çalışırıq”- deyə professor Yavuz Öztürklər bildirib.
Dəyirmi masada alim və mütəxəssislər iri və xırdabuynuzlu heyvandarlıqda tətbiq olunan innovativ metodlar haqqında danışmış, yem bazasının tərtibi ilə bağlı fermerlərə geniş məlumat veriblər.
Qarşılıqlı müzakirələrdə fermerlər onları narahat edən heyvan xəstəlikləri və sair məsələləri diqqətə çatdırıblar. Baytar həkimlər xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkil olunması, o cümlədən həmin xəstəliklərə qarşı görülən profilaktik metodlar haqqında öz tövsiyyələrini veriblər.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026