Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Heyvandarlıqda müasir inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi videokonfrans keçirilib. Videokonfransda Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və tabeli qurumlarının əməkdaşları, Rusiya, Ukrayna və Belarusiyanın elmi-tədqiqat institutlarının mütəxəssisləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev institutda aparılan elmi-tədqiqat işləri barədə konfrans iştirakçılarına məlumat verib. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Samir Süleymanov ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, tətbiq olunan innovasiyalar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Belarus Dövlət Aqrar-Texniki Universitetinin Aqro-Sənaye kompleksinin təkmilləşdirilmiş tədqiqatlar və yenidən hazırlanma institutunun direktoru Nikolay Yakovçik Stepanoviç “Belarus Respublikasında südlük istiqamətli maldarlığın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.
Belarus Dövlət Universitetinin A.D.Saxarov adına Beynəlxalq Dövlət Ekologiya İnstitutunun elmi işçisi Viktor Lemeşevskiy Oleqoviç “Bordaq olan danalarda müxtəlif enerji mübadiləsi təminatında yemin qidalı maddələrinin məhsula çevrilməsi”, Ümumrusiya Heyvanların Fiziologiyası, Biokimyası və Yemlənməsi Elmi-Tədqiqat İnstitutunun İmmun Biotexnologiya və Mikrobiologiya Laboratoriyasının rəhbəri Ostrenko Konstantin Sergeyeviç “Qoyunlarda neyrohumoral tənzimləməyə və həzm sisteminə stresslərin təsiri”, HETİ-nin elmi işlər üzrə direktor müavini Aidə Əsgərova “Ərzaq təhlükəsizliyinin təminatı məqsədilə heyvandarlığın inkişafı istiqamətləri və perspektivləri”, Ümumrusiya Heyvanların Fiziologiyası, Biokimyası və Yemlənməsi Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Ofçarova Anastasiya Nikitovna “Südəmər buzovlarda probiotik laktobasillərin istifadəsinin səmərəliliyi”, Ümumrusiya Heyvanların Fiziologiyası, Biokimyası və Yemlənməsi Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Koloskova Yelena Mixailovna “Yem rasionuna stressə qarşı adaptogen əlavə olunmaqla qoyun işgənbəsinin normal florasının korreksiyası”, Ümumrusiya Heyvanların Fiziologiyası, Biokimyası və Yemlənməsi Elmi-Tədqiqat İnstitutunun Yezerskiy Vadim Arkadieviç “Adaptogen yem əlavəsinin təsiri ilə qoyun işgəmbəsində patogen mikrofloranın dəyişməsi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda iştirakçlar tərəfindən ünvanlanan suallar cavablandırılıb, elmi-tədqiqat institutları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026