Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, yaz fəslinin gəlməsi ilə əlaqədar heyvanlar tövlə şəraitindən otlaq sahələrinə çıxarılır. Bu zaman bəzən heyvanlarda timpaniya (köpmə) halları baş verir. Bunun qarşısını almaq üçün fermerlər, kəndli (fermer) təsərrüfatlarının sahibləri aşağıda qeyd edilən ilkin tövsiyələrə əməl edərlərsə, mövsümlə əlaqədar kənd təsərrüfatı heyvanlarında baş verə bilən timpaniyaların qarşısını ilkin olaraq almış olarlar.
Qeyd edək ki, timpaniya heyvanın işkəmbəsində qaz əmələgəlmə prosesi artdıqda və onda qazçıxma prosesi zəiflədikdə orada həddindən artıq qaz toplanması ilə gedən xəstəlikdir.
Timpaniya heyvanın tez qıcqıran yemlərdən: alısın göy ot, yonca (şehli), qarğıdalı sütülü, kələm yarpağı, çuğundurdan, ikinci timpaniya isə heyvan zəhərli bitkiləri (danaqıran, su baldırğanı, qurd kökü və s.) çox yedikdə baş verir. Timpaniya bədən hərarəti ilə gedən xəstəliklərdən, travmatik retikulitdən, qaraciyərin, kitabçanın, bağırsaqların xəstəliklərindən və s. sonra əmələ gəlir. Bu yem borusunun gəyirməni çətinləşdirən xəstəliklərində daima gedir.
Qoyun və keçilərdə onikibarmaq bağırsağının fitobezoarlarla tutulmasından da törənir.
Heyvanlarda timpaniya zamanı işkəmbə böyüyür, sol aclıq çuxuru dolur və şişkinləşir, qarın nahiyəsi böyüyərək sol tərəfə doğru asimmetriya əmələ gətirir. Ağır formada qarın çəllək şəklini alır. Tənəffüs köks tipli, nəbz tezləşmiş və aritmiyalı olur. Əvvəlcə hiperemiya, sonra sianozluq əmələ gəlir.
Profilaktik olaraq heyvanları tez qıcqıran yemlərlə bol yemləndirməyi, quru yemlərdən şirəli yemlərə birdən keçməyi, şeh vaxtı körpə yoncalıqda otarmağı qadağan edilməlidir.
Heyvanlarda timpaniyanın baş verməməsi üçün yemlərin keyfiyyətinə, yemlənmə qaydalarına nəzarət etmək, heyvanların saxlanılmasını düzgün təşkil etmək və otlaqları düzgün seçmək, eləcə də sol aclıq boşluğundan işkəmbə troakarla deşilməli və içəridəki qazların xaric edilməsi lazımdır.
Timpaniya baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir.
Heyvanlarda timpaniyanın müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.



Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, kənd təsərrüfatı heyvanlarında gövşəmənin dayanması, su və yemdən imtina etməsi, qarın boşluğunun həddən artıq şişməsi, təngnəfəsliyin yaranması və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkiminə müraciət etmələrini tövsiyə edirik.
Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda timpaniyaya (köpmə) qarşı aparılan müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026