İmişli rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Rayonun Qaradonlu kəndində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar ASAN Xidmət avtobusu cəlb olunub.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində və İmişli ASAN Xidmət Mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.
İmişlidə EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gün ərzində 698 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Bununla da İmişlidə EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 3219 nəfərə çatıb
Qeyd edək ki, mayın 3-dək ölkə üzrə 141491 fermer EKTİS-də qeydiyyatdan keçib. EKTİS-də ən çox Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər qeydiyyatdan keçib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026