Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə fermerlərin maarifləndirilməsi prosesi davam etdirilir. Bu məqsədlə Aqrar Sığorta Fondunun əməkdaşlarının iştirakı ilə İsmayıllı rayonunun Soltankənd, Ustal və Qalagah kəndlərində fermerlərlə görüş keçirilib. İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə təşkil olunan görüşdə rayonun əkinçilik və heyvandarlıqla məşğul olan ailə fermer təsərrüfatlarının başçıları və fiziki şəxslər iştirak edib.
Görüşdə Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, Aqrar Sığorta Fondu qeyri-kommersiya təşkilatıdır və aqrar sığotanın tətbiqində əsas məqsəd, fermerlərin məhsullarını və gəlirlərini qorumaqdır. Fermerlərin aktiv iştirakı ilə davam edən görüşdə aqrar sığortanın şərtləri, onun əhatə etdiyi məhsul və risklər barədə geniş məlumat verilib, misallar gətirilib. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini və südlük inək-camışları sığortalamaq mümkündür.
Dövlət dəstəyi nəticəsində hesablanmış aqrar sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Bəzi fermerlər elə görüşdəcə öz təsərrüfatlarının və əkin sahələrinin sığorta haqqını hesablayıb və onun sərfəli olmasından məmnun qalıblar. Qeyd edilib ki, EKTİS sistemində qeydiyyatda olan bütün təsərrüfatlar və əkin sahələri sığortalanır.
Tədbirdə fermerlər aqrar sığortanın hansı risklərə təminat verməsi, hadisə baş verdiyi təqdirdə ödəniş prosesi, ödənişlərin hansı formada və müddətdə verilməsi ilə maraqlanıblar. Bildirilib ki, sığorta hadisəsi baş verdikdə tələb olunan bütün sənədlər təqdim ediləndən sonra 7 gün ərzində sığorta ödənişi fermerin hesabına keçirilir.
Qeyd olunub ki, yaxın vaxtlarda sığortalanan məhsulların – bitki və heyvanların siyahısı böyüyərək 40-a çatdırılacaq. Eləcə də aqrar sığortanın əhatə etdiyi risklərin siyahısı genişləndiriləcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026