“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə güzəştli şərtlərlə azot gübrəsi əldə edirlər.
Mövsüm başa çatmamış fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib. İlk səyyar satış fevralın 22-də Şəkinin Aşağı Göynük kəndində həyata keçirilib. Axsam saat 19:30-a qədər davam edən satış zamanı ümumilikdə 176 müraciət qeydə alınıb. Gün ərzində 48 ton azot, 3 ton nitroammafos gübrəsi üçün 90 qaimə üzrə satış həyata keçirilib.
Oğuz rayonunda isə bu gün səyyar satışa başlanılıb. Satış rayonun Xaçmaz kəndində yerləşən Məişət Evinin qarşısında həyata keçirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026