Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayonun 870 ha tütün sahələrində pambıq sovkasına qarşı fitosanitar müşahidələr aparılıb, 680 hektarda pambıq sovkası, tütün mənənəsi və tütün tripsi ilə sirayətlənmə aşkar edilib. 415 hektarda pambıq sovkasının tırtıllarının sayı İZH-dan (100 bitkidə 10-12 ədəd tırtıl) çox olduğuna görə məhsul itkisinin qarşısını almaq məqsədilə ümumilikdə 415 hektar sahədə fermerlər tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Kimyəvi mübarizədə aktara (0,3 kq/ha), garant (1,5 l/ha), kortac (0,5 l/ha) və aseti super (0,2 kq/ha) insektisidlərindən istifadə edilib.
Qeyd edək ki, pambıq sovkası (Helicoverpa armigera) Azərbaycanın tütünçülüklə məşğul olan bütün zonalarında, xüsusilə Balakən, Zaqatala, Qax, Şəki rayonlarında tütün yarpaqlarını və toxum qozalarını zədələyir. Bu zərərvericinin pupları torpağın 5-8 sm dərinliyində qışlayır. Hər yetkin kəpənək yaşadığı müddət ərzində 500-1000 ədəd yumurta qoyur. Həmin yumurtlardan 3-9 gündən sonra çıxan tırtıllar polifaq olmaqla tütün, pambıq, qarğıdalı və s. bitkilərlə qidalanır. Tütün bitkisinə pambıq sovkasının 2-ci nəslinin tırtılları daha çox ziyan vurur. Zərərverici məhsuldarlığı 3-7%-ə qədər aşağı salır.
Şəki rayon BMM-nin mütəxəssislərinin apardığı çoxillik tədqiqatlar göstərir ki, torpaq istifadəçiləri tərəfindən aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməməsi, növbəli əkinin aparılmaması və son illərin qlobal istiləşməsi nəticəsində bir çox zərərvericilərin aqressivliyi artıb. Əvvəllər iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlər (taxıl milçəkləri, taxıl mənənələri, taxıl mişarçıları, fitonomus və s.) xeyli çoxalıb. Odur ki, aqrotexniki tədbirlərin, xüsusilə növbəli əkinin, qara heriyin əhəmiyyəti fermerlərlə hər görüşdə ərtaflı izah olunur. Kimyəvi mübarizə zərurəti yarandıqda isə pestisidlərin tətbiqi reqlamentinə və zəhərlərli maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə edilir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026