Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən ötən həftə ərzində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatla bağlı Gəncə, İmişli, Biləsuvar, Sabirabad, Hacıqabul, Kürdəmir, Şamaxı və Tovuz rayonlarında 1551 nəfərə 59 təlim keçirilib.
16 sentyabr – 04 oktyabr 2019-cu il tarixlərində təlimçi qrupları tərəfindən keçirilın 155 təlimdə 4155 nəfər iştirak edib. Təlimlərdə fermerlərlə barabər icra və bələdiyyə nümayəndələri, Nazirliyin regionlardakı tabeli qurumlarının əməkdaşları iştirak ediblər.
Ümumilikdə mövzu üzrə 1639 təlimdə 26273 nəfər iştirak edib.
Yeni subsidiya mexanizmi ilə bağlı fermerlərin məlumatlandırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026