Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir.
Təlim formatında keçirilən tədbirlərə 5 hektardan artıq torpaq sahəsinə malik, tərəvəz əkini və ya bağçılıqla məşğul olan fermerlər cəlb olunub. Təlimlərdə məqsəd fermerləri kənd təsərrüfatı məhsullarının ixracı prosesi barədə məlumatlandırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran və Göyçay rayonlarında keçirilən təlimlərdə ətraf rayonlar da daxil olmaqla ümumilikdə 18 regiondan olan 54 fermer iştirak edib. Təlim zamanı fermerlərə məhsul ixracı prosesinin təşkili, bu sahəyə dair qanunvericilik, xarici ölkələrdə idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən olunmuş standartlar, logistika işinin təşkili və s. mövzular barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu və digər istiqamərlər üzrə fermerlərin maarifləndirilməsi təlimləri gələcəkdə davam etdiriləcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026