Fransanın Oksitani regionuna işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Tuluza Milli Aqrar Ali Məktəbinin (ENSAT) direktoru Qreqori Döşam-Giyom, Elmi Tədqiqatlar Mərkəzinin (İNRA) Fransa üzrə milli əlaqələndiricisi Silvən Labbe və Tuluza III Paul Sabatier Universitetinin rektoru Jan-Pyer Vinel ilə görüşüb.
Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Nazir İnam Kərimov ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərindən söz açaraq, bu sahədə mövcud təhsil və elmi-tədqiqat mərkəzlərinin, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən danışıb, tədqiqat sahəsində qarşıda duran vəzifələr və bu sahənin daha da inkişaf etdirilməsi məsələlərinə toxunub.
ENSAT-ın, İNRA-nın və Tuluza III Paul Sabatier Universitetinin rəhbərləri tədris və tədqiqat mərkəzlərinin proqramlarından bəhs ediblər.
Görüşlərdə ikitərəfli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, hər iki ölkənin aqrar sahədəki təhsil ocaqları və elmi-tədqiqat mərkəzlərinin müəllim və tədqiqatçılarının qarşılıqlı səfərlərinin təşkili, ikili diplomların verilməsi məsələləri müzakirə olunub. Kənd təsərrüfatı sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nazir İnam Kərimov səfər çərçivəsində Oksitani regionunun kənd təsərrüfatı və aqrar təhsil üzrə vitse-prezidenti, Ticarət və Kənd Təsərrüfatı palatasının rəhbərliyi və bu regionun iş adamları ilə də görüşlər keçirib.

AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026