Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi ilə 20 may – 15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) texnika yarmarkaları keçiriləcək.
Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi ilk yarmarka Şəmkirdə baş tutub. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkil olunmasının məqsədi barədə məlumat verib: “Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq, hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”.
Mirzə Əliyev əlavə edib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək: “Ötən həftə Bakıda keçirilən 13-cü Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iri sahibkarlar texnika təchizatçılarının yenilikləri ilə tanış olmaq imkanı qazanıblar. Regionlarda təşkil edilən yarmarkaların məqsədi uzaq məsafələrə getmək imkanı və vaxtı olmayan kiçik və orta sahibkarları təchizatçılar, texnikalar və onların satışını rəsmiləşdirən bank, lizinq və sığorta şirkətləri barədə məlumatlandırmaqdır. Biz istərdik ki, bu yarmarkada iştirak edən təchizatçıların sayı fermerləri qane edəcək qədər çox olsun. Çünki, bazar nə qədər çeşidli olarsa, rəqabət mühiti bir o qədər sağlam olar”.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026