EKTİS-də qeydiyyat və yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində xidmət göstərəcək əməkdaşlarla görüş keçirilib
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı 13 “ASAN xidmət” mərkəzində yaradılmış xidmət pəncərələrində çalışmaq üçün 38 nəfər seçilib. Bu gün Kənd Təsərrüfatı Nazirliyi sisteminə yeni qəbul edilmiş və “ASAN xidmət” mərkəzlərində xidmət göstərəcək əməkdaşlarla görüş keçirilib.
Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov işə qəbul olunan əməkdaşları təbrik edərək Nazirliyin fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Mahir Məlikov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində əsas hədəflər daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. EKTİS-in və yeni subsidiya mexanizminin tətbiqinə hazırlıqla əlaqədar “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradıldığını deyən Mahir Məlikov əlavə edib ki, bu xidmət pəncərələrində çalışacaq şəxslər vətəndaşlara hərtərəfli köməklik göstərəcəklər. Aparat rəhbərinin müavini “ASAN xidmət” mərkəzlərində yeni yaradılmış xidmət pəncərələrində çalışacaq mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulduğunu vurğulayıb, innovativ texnologiyaların tətbiqi, etik davranış qaydalarına dair mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. O, yeni əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə tövsiyələr verib.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kadrlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. O, Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan əməkdaşların etik davranış qaydarlarına əməl etməsinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin Xidmətlərin qiymətləndirilməsi sektorunun müdiri Əli Əmirəliyev qeyd edib ki, yeni əməkdaşlara hərtərəfli dəstək göstəriləcək.
Görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və məlumatların bəyan edilməsi, “Etik davranış qaydaları” və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” mövzusunda təlim keçib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026