2019-cu ildə fermerlərə 1088 təlim və seminar keçirilib. Aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən hazırlanmış Fəaliyyət Planına uyğun təşkil olunur. Bu ilin 7 ayı ərzində keçirilən təlimlərə 19854 kənd təsərrüfatı məhsulu istehsalçısı cəlb olunub.
Fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssiləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.
Fəaliyyət Planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026