Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı təlimlərə başlayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi təlimlərdə 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və nazirliyin müvafiq şöbələrinin əməkdaşları iştirak edəcək. 9 gün keçiriləcək təlimlərə 200 mütəxəssis qatılacaq. “Təlimçilərin təlimi” kimi hazırlanan bu mütəxəssislər həm öz çalışdıqları, həm də fermerlərə subsidiyaların verilməsi ilə əlaqəli olan digər qurumların əməkdaşlarının yeni mexanizmlə bağlı məlumatlandırılmasını təmin edəcəklər.
“Təlimləri keçirməkdə əsas məqsədimiz fermerlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların subsidiyaların ödənilməsi üzrə yeni qaydalarla tam məlumatlılığını təmin etməkdir. Bizim hər bir əməkdaşımız yerlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün suallarını cavablandıra bilməlidir”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026