Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq, öz suverenliyini əldə etmək və ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Vurğulanıb ki, o zaman yalnız Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış edib, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib. Bildirilib ki, 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Anım mərasimində çıxış edən natiqlər 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Çıxışlarda bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Mərasimdə 30 il əvvəl baş vermiş hadisələr xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilib, şəhidlərin xatirəsinin həmişə əziz tutulacağı qeyd olunub.
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024
Aqrar Sığorta Fondunun sədri Göyçayda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
25 Aprel 2024
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb
25 Aprel 2024